İquain karyerasını ABŞ-da davam etdirəcək

11 Sentyabr 2020 11:06 İtaliya 460
İquain karyerasını ABŞ-da davam etdirəcək

"Yuventus"un hücumçusu Qonsalo İquain karyerasını ABŞ-da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu MLS təmsilçisi "İnter Mayami" ilə razılığa gəlib.

Onun transferi tezliklə rəsmi şəkildə açıqlanacaq.

İquain 2016-cı ildə 94 milyon avro qarşılığında "Napoli"dən "qoca sinyora"ya keçmişdi. 32 yaşlı futbolçu Turin klubunda keçirdiyi 149 oyunda 66 qol vurub, 16 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti