Balotelli indi də ABŞ-a gedir

2 İyun 2020 16:56 İtaliya 616
Balotelli indi də ABŞ-a gedir

"Breşiya"nın hücumçusu Mario Balotelli ABŞ-da çıxış edə bilər.

Sportinfo.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, "Los-Anceles Qalaksi" və bir neçə MLS klubu Balotelli ilə yaxından maraqlanır.

29 yaşlı futbolçu ötən yay azad agent kimi "Breşiya"ya keçmişdi. Onun müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulub.

Cari mövsümdə İtaliya A Seriyasında 19 matçda meydana çıxan Balotelli 5 dəfə fərqlənməyə imkan tapıb.

Balo karyerası ərzində "Milan", "İnter", "Nitsa", "Marsel", "Mançester Siti" və "Liverpul" kimi klubların formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş