"Bu məsələyə ciddi və diqqətlə yanaşacağıq ki...”

17 May 2020 00:28 İtaliya 570
"Bu məsələyə ciddi və diqqətlə yanaşacağıq ki...”

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina A seriyasının bərpasının mümkünlüyü barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o bildirib:

“Bizim narahatlığımız var ki, klublardan hansındasa koronavirusa bir yoluxma bütün komandaları karantinə göndərə bilər. Biz bu məsələyə ciddi və diqqətlə yanaşacağıq ki, mövsümün bərpası uzanmasın”.

Qurum rəhbəri A seriyasının sonrakı oyunlarının pley-off sistemi əsasında keçirilməsi barədə ideyanın da olduğunu deyib: “Bəli, biz bunu da nəzərdən keçiririk. Bütün variantlara hazır olmaq lazımdır. Amma indi A seriyasının iyunun 13-də bərpa olunacağına inam var”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"