Azərbaycan Tələbə Liqasında nə işlər görülür?

20 Yanvar 03:10 Azərbaycan Futbolu 865
Azərbaycan Tələbə Liqasında nə işlər görülür?

Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ATFF-nin prezidenti Firudin Qurbanov tələbə futbolunun 2023-cü il mövsümünün yekunlarına dair çıxış edib, gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirib, federasiyanın 2021-2025-ci illər İnkişaf Konsepsiyasının müddəaları ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib.

Daha sonra ATFF-nin icraçı direktoru Elnur Abdullayev ötən il ərzindəki fəaliyyət haqqında federasiyanın hesabatını təqdim edib. Baş katib Lətif Novruzov ilk dəfə ölkəmizdə keçirilən Azərbaycan Tələbə Liqasının ötən ildəki fəaliyyətinin yekun hesabatını səsləndirib.

İclasda gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirin keçirilməsi üçün hazırlıq işlərinə başlanılması qərara alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"