COP29

Mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi - A Seriyasında

25 May 00:10 İtaliya 909
Mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi - A Seriyasında

“İnter”in hücumçusu Lautaro Martines İtaliya A Seriyasının 2023/2024 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya çempionatının mətbuat xidməti məlumat yayıb.

2023/2024 mövsümündə A Seriyasında argentinalı hücumçu 33 matçda iştirak edib, 24 qol vurub və 6 qolun ötürməsini verib. “İnter” də bu mövsüm İtaliya çempionu olub.

26 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"