"Yuve" Ronaldonun sayəsində məğlubiyyətdən xilas oldu - VİDEO

14 Fevral 2020 11:06 İtaliya 869
"Yuve" Ronaldonun sayəsində məğlubiyyətdən xilas oldu - VİDEO

İtaliya kubokunun 1/2 final matçında “Milan” "Yuventus”u qəbul edib.

görüş Milanın ”San Siro” stadionunda baş tutub və 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmada hesabı "Milan”ın hücumçusu Ante Rebiç açıb. Bundan 10 dəqiqə sonra “qırmızı-qara”lar müdafiəçi Teo Ernandesin meydandan qovulması səbəbindən azlıqda qalıblar.

Matçın 91-ci dəqiqəsində "Yuventus”un hücumçusu Kriştianu Ronaldo penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Komandalar arasında cavab matçı martın 4-də "Alyans" stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi