Ançelottidən futbolçuları şoka salan qərar

2 Dekabr 2019 23:00 İtaliya 1 697
Ançelottidən futbolçuları şoka salan qərar

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti komanda üzvlərini cəzalandırıb. Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulara dekabrın 4-dən 7-nə kimi klubun bazasından çıxmağı qadağan edib.

Buna səbəb Neapol təmsilçisinin A Seriyasında uğursuz çıxışıdır. Son turda evdə "Bolonya"ya 1:2 hesablı məğlubiyyət Ançelottinin də səbr kasasını daşırıb. Məhz bu səbəbdən o, "Udineze" ilə oyuna kimin komandanın bazada qalması ilə bağlı qərar verib. Baş məşqçinin bu qərarı futbolçuları şoka salıb.

Anoloji addımı bir müddət öncə "Napoli"nin prezidenti Aurelio de Laurentis də atmışdı. Onun qərarını narazılıqla qarşılayanlardan biri elə məhz Ançelotti olmuşdu. "Napoli" hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti