“Roma”nın müdafiəçisi ilə maraqlanır - “Arsenal” və PSJ

3 May 18:40 İtaliya 133
“Roma”nın müdafiəçisi ilə maraqlanır - “Arsenal” və PSJ

“Roma”nın müdafiəçisi Evan Ndikaya transfer bazarında tələbat var.

Sportinfo.az “The Mirror”-a istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu ilə PSJ və “Arsenal” maraqlanır.

Futbolçunun potensial transfer dəyəri 30-40 milyon avro qiymətləndirilir.

Ndika bu mövsüm 47 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə verib. Onun Roma klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti