Paytaxt klubunun baş məşqçi postuna namizəddir - İSPANİYALI

29 Aprel 2025 18:40 İtaliya 813
Paytaxt klubunun baş məşqçi postuna namizəddir - İSPANİYALI

“Komo”nun çalışdırıcısı Sesk Fabreqas “Roma”nın baş məşqçisi vəzifəsinə son namizəd olub.

“Roma” mövsümün sonunda postunu tərk edəcək Klaudio Ranyeriyə əvəzləyici axtarır.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, Fabreqas “canavarlar”ın potensial məşqçiləri siyahısına əlavə edilib.

İspaniyalı mütəxəssisin adı daha əvvəl “Milan”, “Yuventus”, “Leyptsq” və “Lids”ə mümkün təyinatla bağlı hallanırdı.

“Roma”nın məşqçilər siyahısında həmçinin, Françesko Farioli (“Ayaks”), Patrik Vieyra (“Cenoa”) və Stefano Pioli (“Əl-Nəsr”) var.

Paytaxt təmsilçisi hazırda A Seriyasında 34 turdan sonra turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti