Premyer Liqa klubuna keçəcək? - “Yuventus”un müdafiəçisi

29 Aprel 00:20 İtaliya 470
Premyer Liqa klubuna keçəcək? - “Yuventus”un müdafiəçisi

“Yuventus”da çıxış edən müdafiəçi Andrea Kambiasonun karyerasını İngiltərə çempionatında davam etdirmək imkanı var.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

İtaliyalı futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır. Kambiaso yayda klubunu dəyişə bilər. Onun potensial transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

25 yaşlı oyunçu cari mövsümdə “Yuventus”un heyətində 39 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Onun Turin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?