İki klubun hədəfindədir – Ehtiyatda qalan yarımmüdafiəçi

5 Dekabr 2024 12:00 İtaliya 821
İki klubun hədəfindədir – Ehtiyatda qalan yarımmüdafiəçi

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo qış transfer pəncərəsində İspaniyaya keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə “Jirona” və “Betis” klubları maraqlanır.

“Yuventus” Melonun satışından təxminən 15 milyon avro qazanacağını gözləyir və klub müzakirəyə hazırdır. “Jirona” və “Betis”dən başqa, “Komo”, “Benfika” və “Marsel” də 28 yaşlı futbolçunu heyətində görmək istəyir.

Melo cari mövsümdə meydana çıxmayıb. Onun “Yuventus”la müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?