Yeni müqavilə 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq

23 Noyabr 2024 10:00 İtaliya 612
Yeni müqavilə 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq

“İnter”in və Niderland millisinin müdafiəçisi Denzel Dumfris Milan klubu ilə müqaviləsini uzadacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter”in niderlandlı futbolçu ilə yeni müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq.

28 yaşlı müdafiəçi cari mövsümdə “İnter”in heyətində 14 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“İnter” A Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM