COP29

“Karyeramı “Barselona”da başa vurmaq çox gözəl olardı” - “Latsio”nun hücumçusu

18 Noyabr 2023 18:40 İtaliya 309
“Karyeramı “Barselona”da başa vurmaq çox gözəl olardı” - “Latsio”nun hücumçusu

“Latsio”nun hücumçusu Pedro sabiq klubu “Barselona”ya qayıtmaq istəyir.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu keçmiş klubuna qayıtmağa çalışdığını bildirib:

“Xavi (“Barselona”nın baş məşqçisi) mənə zəng etsə, o, telefonu bağlamadan “Barselona”da olacam. Amma çətin olacaq.

Mən son illərdə bir çox insanlarla, o cümlədən, Xavi və Xuan Laporta ilə əlaqə saxlamışam. Bu və ya digər şəkildə qayıtmağa çalışdım, amma bu, çox çətindir.

Bir çox amillər var. Hər şeydən əvvəl yaş məsələsi işi qəlizləşdirir. Amma karyeramı “Barselona”da başa vurmaq çox gözəl olardı”.

Pedro 2008-2015-ci illərdə “Barselona”da çıxış edib, 321 matçda 99 qol vurub, 62 qol ötürməsi verib.

Digər Xəbərlər
Xəbər Lenti