"Hansısa təklifi müzakirə etmək və ya danışıqlara girmək fikrində deyilik"

28 Sentyabr 2023 22:00 İtaliya 746
"Hansısa təklifi müzakirə etmək və ya danışıqlara girmək fikrində deyilik"

“Sassuolo”nun baş direktoru Covanni Karnevali klubun hücumçu Arman Lorienteni “Tottenhem”ə satmaq fikrində olmadığını bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi 24 yaşlı futbolçu ilə bağlı danışıqlara girmək fikrində olmadıqlarını deyib:

“Yayda Loriente üçün heç bir rəsmi təklif almadıq. Biz futbolçu ilə bağlı hansısa təklifi müzakirə etmək və ya danışıqlara girmək fikrində deyilik”.

Loriente 2022-ci ilin avqustundan “Sassuolo”da çıxış edir. O, komandanın heyətində 35 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu