“Müqaviləmin yenilənməsi ilə bağlı razılıq əldə olunub”

25 May 2023 18:20 İtaliya 403
“Müqaviləmin yenilənməsi ilə bağlı razılıq əldə olunub”

Hakan Çalhanoğlu qısa zamanda “İnter”lə müqaviləsini uzadacağını bildirib.

Sportinfo.az xəbər verir ki, o, Milan təmsilçisində xoşbəxt olduğunu deyib:

“İnter”də xoşbəxtəm, bu, sirr deyil. Buraya gəldiyim gündən etibarən hər şey qaydasındadır. Azarkeşlərin dəstəyini görəndə özümü daha yaxşı hiss edirəm.

Müqaviləmin yenilənməsi ilə bağlı razılıq əldə olunub. Məsələnin rəsmi şəkildə gerçəkləşməsinə yaxınıq. “İnter”də arzularımı reallaşdıracam və xoşbəxt olmağa davam edəcəm”.

Türkiyə millisinin üzvü 2021-ci ilin iyulundan “neradzzura”da forma geyinir. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalhanoğlu cari mövsümdə “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 46 oyuna çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!