“Bunu dediyim üçün üzr istəyirəm - Özümüz də günahkarıq“

19 Yanvar 2022 12:20 İtaliya 801
“Bunu dediyim üçün üzr istəyirəm - Özümüz də günahkarıq“

“Milan”ın baş məşqçisi Stefano Pioli “Spetsiya” ilə qarşılaşmadan (1:2) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Pioli hakim səhvini qabartsa da, məğlubiyyətdə özlərinin də günahkar olduqlarını bildirib:

“Hakimin səhvindən sonra futbolçuları sakitləşdirməyə çalışdım. Amma buna nail ola bilmədim və rəqib qələbə qolunu vurdu.

Biz bilirik ki, ədalətsizlik olub, məsuliyyəti hakimlə bölüşürük. Bunu dediyim üçün üzr istəyirəm. Hətta hakim bizdən üzr də istədi.

Amma özümüz də günahkarıq. İlk hissədə daha çox qol vurmalı idik. Pis gecə oldu, situasiyaya düzgün reaksiya verməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti