Tanınmış baş məşqçi İtaliya klubuna təyinat aldı

15 Sentyabr 2021 18:40 İtaliya 766
Tanınmış baş məşqçi İtaliya klubuna təyinat aldı

"Kalyari"nin yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Seria A təmsilçisinin sükanı arxasına Valter Matsari gətirilib.

60 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. İtaliyalı baş məşqçi bu vəzifədə Leonardo Sempliçini əvəzləyib.

"Kalyari" 3 turdan sonra 1 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Son iş yeri ölkəsinin "Torino" klubu olan Valter Matsari daha əvvəl "Napoli", "Sampdoriya" və "İnter" kimi komandalara da başçılıq edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!