6 futbolçu koronavirusa yoluxdu - İtaliya klubunda

25 İyul 2021 11:00 İtaliya 613
6 futbolçu koronavirusa yoluxdu - İtaliya klubunda

"Empoli”də koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə komandanın 6 futbolçusunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirus aşkarlanmış futbolçuların adları açıqlanmır.

Onların komandanın digər üzvlərindən təcrid olunduğu bildirilir.

“Empoli” yeni mövsümdən A Seriyasında mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti