Paytaxt klubu braziliyalı ilə müqavilə imzaladı - FOTO

6 Mart 2021 10:00 İtaliya 525
Paytaxt klubu braziliyalı ilə müqavilə imzaladı - FOTO

“Roma” icarə əsasında komandada çıxış edən Rojer İbanesin transfer hüquqlarını alıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilə qədər olan müqavilə imzalayıb.

İbanes 2020-ci ilin yanvarında icarə əsasında “Atalanta”dan “Roma”ya keçmişdi. “Roma” braziliyalı müdafiəçi üçün Berqamo təmsilçisinə 8 milyon avro ödəyəcək.

İbanes “Roma”da daha əvvəl qazandığından iki qat çox maaş alacaq. İbanes bu mövsüm A Seriyasında 22 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti