“Çempion oldum, həyatım dəyişdi” – Tanınmış azərbaycanlı

12 Avqust 2023 03:30 Cüdo 995
“Çempion oldum, həyatım dəyişdi” – Tanınmış azərbaycanlı

“İdmana gəlməyimdə ən böyük səbəbkar mənim anam olub".

Sportinfo.az xəbər verir ki, bu sözləri 15 il əvvəl - 2008-ci il avqustun 11-də Pekin Yay Olimpiya Oyunlarının qalibi olan Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

Hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərən E. Məmmədli qeyd edib ki, Olimpiya çempionluğunu qazanmaq onun uşaqlıq arzusu olub:

"1992-ci ildə Nazim Hüseynov ilk azərbaycanlı Olimpiya çempionu kimi adını tarixə yazdırdı. Mənim də uşaqlıqdan ən böyük arzum olub ki, Müstəqil Azərbaycanın ilk Olimpiya çempionu məhz mən olum. O günü aydın xatırlayıram - çempion olmağıma o qədər əmin idim ki, bunu həm bizim idmançılara, həmdə xarici idmançılara çəkinmədən deyirdim. Başa düşürdüm ki, bu mənim həyatımın şansıdır və mən bu şansı əldən verə bilmərəm".

35 yaşlı sabiq cüdoçu Olimpiya çempionu olmağının onun həyatını dəyişdiyini bildirib:

"O zaman mən reytinqdə birinci idim. Olimpiya çempionu olmağım mənim həyatımı dəyişdi. İstər Dünya çempionu olsun, istərsə Avropa çempionu olsun qələbə ili ilə bağlı suallar təbii olaraq yaranır. Lakin Olimpiya çempionu olmaq şərəfi ömürlük mükafat olaraq qalır, bu zamandan daha üstündür. Azərbaycanda Olimpiya çempionunun sayı çox olmasının şahidi olmaq və möhtəşəm nailiyyətlərimiz ilə Möhtərəm Prezidentimiz Cənab Prezident İlham Əliyevi qürurlandırmağı çox arzulayıram".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!