"Barselona" ilə 5 illik sözləşmə imzalayacaq - FOTO

23 May 2020 01:52 İspaniya 456
"Barselona" ilə 5 illik sözləşmə imzalayacaq - FOTO

"Barselona" qapıçısı Mark-Andre ter Şteqenlə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, almaniyalı qolkiper katalonlarla razılığa gəlmək üzrədir.

Məlumata görə, 28 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanacaq. Daha öncə ter-Şteqenin "Barsa"dan vergilər xaric illik 18 milyon avro maaş tələb etdiyi iddia edilirdi.

"Barselona" Almaniya millisinin üzvünü 2014-cü ildə Mönhenqladbax "Borussiya"sından 12 milyon avroya transfer etmişdi. Onun indiki müqaviləsi 2022-ci ilin yayında sona çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda