Premyer Liqa rəhbərliyi klubun amerikalı milyarderə satılmasına razılıq verdi

20 Dekabr 2024 00:20 İngiltərə 1 053
Premyer Liqa rəhbərliyi klubun amerikalı milyarderə satılmasına razılıq verdi

İngiltərə Premyer Liqasının rəhbərliyi “Everton”un ABŞ-dən olan milyarder Den Fridkinin şirkətinə satılmasına razılıq verib.

Sportinfo.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Sentyabrda “Friedkin Group” Mersisayd təmsilçisinin keçmiş sahibi, iş adamı Fərhad Moşirinin sahibi olduğu “Blue Heaven Holdings”lə razılığa gəliblər. Maliyyə şərtləri açıqlanmayıb.

İngiltərənin ən qədim klublarından olan “Everton” yüksək dəstəni heç vaxt tərk etməyən azsaylı komandalardan biridir.

Ötən mövsüm “maliyyə feyr-pleyi” qaydaları pozulduğu üçün klubun 8 xalı silinib. Komanda cari mövsüm 15 matçdan sonra 15 xalla 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır