Messi oğlu ilə kimdən və nədən danışır?

21 Fevral 2020 12:04 İspaniya 1 974
Messi oğlu ilə kimdən və nədən danışır?

Lionel Messinin böyük oğlu Tyaqo futbola böyük maraq göstərir.

Sportinfo.az xəbər verir ki, Messi oğlu ilə daim futbol, futbolçularla bağlı söhbət etdiklərini deyib. O, əsasən hansı futbolçular barədə danışdıqlarını da açıqlayıb:

“Tyaqonun bir neçə sevimli futbolçusu var. O, futbolu çox sevir. Tyaqo mütəmadi olaraq yaxın dostum Suares haqda soruşur. Qrizman barədə də suallar verir.

Tez-tez Vidal, onun saç düzümü haqda söhbət edirik. Bundan əlavə, Mbappe, Ronaldo və Neymar barədə də söhbətlərimiz olur. Tyaqo hər şeylə maraqlanır”.

Digər Xəbərlər
Xəbər Lenti