"Messi hələ 4-5 il də klubda qalacaq" - "Barselona"nın prezidenti

11 Noyabr 2019 14:55 İspaniya 584
"Messi hələ 4-5 il də klubda qalacaq" -

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu Lionel Messinin müqaviləsinin uzadılması məsələsinə toxunub. Sportinfo.az "Sky Sports"a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri argentinalı futbolçunun daha 5 il komandada qalacağını deyib:

"Messi müqaviləni uzatmaqla bağlı qərarı özü vermək hüququna malikdir. O, klubdakı xidmətlərinə görə bu hüququ əldə edib. Messi əvvəlki kimi güclü və ambisyalıdırsa, o zaman bu addımı atacaq. Bir neçə həftə əvvəl demişdi ki, karyerasını "Barselona"da başa vurmaq istəyir. Son illər Messi bizim liderimizdir və mən şübhə etmirəm ki, o, daha 4-5 il klubda qalacaq.

Əminəm ki, argentinalı hücumçu karyerasını başa vurduqdan sonra da həyatının sonuna kimi "Barsa" ilə bağlı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti