Məşhur futbolçunun oğlu “Real”la müqavilə imzaladı - FOTOLAR

4 May 2024 00:00 İspaniya 1 280
Məşhur futbolçunun oğlu “Real”la müqavilə imzaladı - FOTOLAR

“Real”ın və Braziliya millisinin əfsanəvi futbolçusu Marselonun oğlu Entso Alveş atasının sabiq klubu ilə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Marselo özü instaqram hesabında paylaşım edib.

O, oğlunu təbrik edərək bu sözləri yazıb: “Oğlumu daha bir məqsədə nail olması münasibətilə təbrik edirəm! Sevinc, iş və məsuliyyət”.

Marselo 2007-2022-ci illərdə “Real”da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti