“Barselona” qarşıdakı transfer pəncərəsində... 50 milyon avroluq plan

21:40 İspaniya 112
“Barselona” qarşıdakı transfer pəncərəsində... 50 milyon avroluq plan

“Barselona” müdafiəçisi Alexandro Balde ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu qarşıdakı transfer pəncərəsində komandadan ayrıla bilər.

İddialara əsasən, Balde ilə “Aston Villa” yaxından maraqlanır. Potensial transferin dəyəri təxminən 50 milyon avro qiymətləndirilir. “Barselona” bu təklifi qəbul etməyə meyllidir.

Klub əldə olunacaq vəsaiti əsas transfer hədəfləri olan Alessandro Bastoni (“İnter”) və Xulian Alvares (“Atletiko”) üçün istifadə etməyi planlaşdırır.

Baldeyə əvəz kimi isə Leverkuzen “Bayer”ində çıxış edən Alexandro Qrimaldo nəzərdə tutulur. Onun transferinin 10-12 milyon avroya başa gələcəyi gözlənilir.

Qrimaldo “Barselona”nın yetirməsidir, ancaq əsas komandada çıxış etməyib. 30 yaşlı müdafiəçi daha əvvəl Almaniyadan ayrıldıqdan sonra La Liqada oynamaq istədiyini dəfələrlə dilə gətirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti