50 milyon avroya müdafiəçi ala bilər - Paytaxt təmsilçisi

10:20 İspaniya 113
50 milyon avroya müdafiəçi ala bilər - Paytaxt təmsilçisi

“Tottenhem”in müdafiəçisi Kristian Romero gələcəkdə İspaniya La Liqasına transfer oluna bilər.

Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Atletio” ciddi şəkildə maraqlanır.

Madrid klubu Romeronu müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi görür. Onun transfer dəyərinin 50 milyon avro olduğu bildirilir.

Argentinalı futbolçunun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir. O, cari mövsümdə Premyer Liqada 23 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti