“Bəzən səhv edərəm, mənim cəmi 18 yaşım var” - Lamin Yamal

10:00 İspaniya 93
“Bəzən səhv edərəm, mənim cəmi 18 yaşım var” - Lamin Yamal

“Barselona”nın hücumçusu Lamin Yamal aparıcı futbolçuların gənc nəsil qarşısındakı məsuliyyətindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunçuların, xüsusilə, hərəkətlərinin və açıqlamalarının mediada vacibliyini vurğulayıb:

“Ulduz olmağın məsuliyyətlə gəldiyini anlamaq çətindir və səhv edə bilməzsən. Çünki sən bir çox uşaq üçün nümunəsən.

Bunu nəzərə alsaq, bəzən səhv edərəm, mənim cəmi 18 yaşım var”.

Yamal cari mövsümdə 44 oyun keçirib, 23 qol vurub və 18 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti