“Barselona” “Real”la qarşıdakı matça xüsusi formada çıxacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Kataloniya klubu bu dəfə formanın üzərində amerikalı müğənni Olivia Rodriqonun loqosunu yerləşdirəcək. Layihə “Spotify” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Olivia Rodriqo artıq yeni formanın təqdimatı üçün fotosessiyada iştirak edib. Həmçinin, müğənninin “Real”a qarşı keçiriləcək oyunu stadiondan izləmək ehtimalı da var.
“El klasiko” La Liqanın 35-ci turu çərçivəsində, mayın 10-da “Kamp Nou”da keçiriləcək. “Barselona” hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Real”ı 9 xal qabaqlamaqla liderlik edir.

