“Onun sözləri dəyişir, bir dəfə bir şey deyir, sonra başqa”

00:00 İspaniya 74
“Onun sözləri dəyişir, bir dəfə bir şey deyir, sonra başqa”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın baş məşqçisi Alvaro Arbeloanın hakimliklə bağlı açıqlamalarına münasibət bildirib.

Arbeloa daha əvvəl “Jirona” ilə oyunda yaşanan epizodlara toxunaraq, “Real”ın vəziyyətinə diqqət çəkmiş və bəzi hakim qərarlarının komandanın UEFA Çempionlar Liqasını qazanmasını La Liqadan daha asan etdiyini demişdi.

“Jirona” ilə oyunda (1:1) 88-ci dəqiqədə Kilian Mbappenin cərimə meydançasında yıxıldığı epizoddan sonra penalti verilməməsi mübahisə yaratmışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas, “Real”ın mövsümün qalan hissəsində mübarizəni davam etdirməli olduğunu və çempionluq şansının hələ də qaldığını söyləyib:

“Arbeloanın sözləri dəyişir. Bir dəfə bir şey deyir, sonra başqa. Məncə, “Real” mübarizəni davam etdirməlidir.

Çempionat hələ bitməyib və xallar kifayətdir. Əminəm ki, “Barselona” bütün oyunları qazanmayacaq”.

O, həmçinin, əlavə edib ki, hakimliklə bağlı müzakirələr təkcə “Jirona” oyunu ilə yox, “Bayern”lə matçdakı epizodlarla da müqayisə olunur.

“Barselona” hazırda La Liqada 79 xalla liderlik mövqeyini qoruyur və çempionluq yarışı davam edir. Turnir cədvəlinin 2-ci pilləsindəki “Real”ın 70 xalı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!
21 Aprel 02:00 "Turan Tovuz"da iki...