“Real” sabiq baş məşqçisi, hazırda Lissabon “Benfika”sına rəhbərlik edən Joze Mourinyo ilə maraqlanır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Madrid təmsilçisi portuqaliyalı mütəxəssisin geri qayıdış variantını araşdırıb və hətta onunla ilkin əlaqə də qurub. Bununla belə, hazırda tərəflər arasında konkret danışıqların aparılmadığı vurğulanır.
“Benfika”nın baş məşqçisi mümkün təklifə açıqdır və “Real” rəhbərliyi rəsmi addım atacağı təqdirdə, bunu nəzərdən keçirməyə hazırdır.
Digər tərəfdən, klub daxilində bu namizədliklə bağlı vahid fikir yoxdur. Hətta rəhbərliyə yaxın bəzi mənbələr Mourinyonun geri dönüş ehtimalını tamamilə istisna edir.
O, daha əvvəl 2010- 2013-cü illərdə “Real”ı çalışdırıb.

