“Real”ın baş məşqçisi Alvaro Arbeloa gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı hazırda onun üçün əsas prioritetin mövsümün qalan oyunları olduğunu bildirib:
“Gələcəyim məni qətiyyən narahat etmir. Mən yalnız qalan yeddi oyuna, xüsusilə, növbəti matça fokuslanmışam. Hazırda düşündüyüm yeganə məsələ budur”.
Arbeloa yanvarda Xabi Alonsonu əvəzləyərək, “Real”ın baş məşqçisi təyin olunub. Komanda hazırda La Liqada 31 turdan sonra topladığı 70 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 9 xal geri qalır.
“Real” daha əvvəl UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern”ə hər iki oyunda məğlub (1:2, 3:4) olaraq, mübarizəni dayandırıb.

