“İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni İtaliya klubunda son mövsümünü keçirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, həm “Liverpul”, həm də “Barselona” futbolçuyla maraqlanır və onun Kataloniya klubuna üstünlük verdiyi məlumdur.
O, “İnter”dən “Barselona”ya keçmək istəyir.
İtaliyalı müdafiəçi Kataloniya klubuna rəğbət bəsləyir. “Barselona”nın artıq Bastoni ilə ilkin razılığa gəldiyi bildirilir.
Klublar arasında danışıqların baş məşqçi Hans-Diter Flikin icazə verməsindən dərhal sonra başlaması gözlənilir.

