“Barselona”nın mərkəz hücumçusu Robert Levandovski növbəti mövsümdə komandada qala bilər.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, forvardın agenti Pini Zahavi müştərisinin gələcəyini Kataloniya klubu ilə müzakirə edəcək.
Futbolçunun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır.
Kataloniya klubu ona yeni – bir illik müqavilə təklif etməyə hazırdır. Levandovskinin özü də Avropanın bir neçə klubunun marağına baxmayaraq, “Barselona”da qalmağa hazırdır.
37 yaşlı polşalı futbolçu bu mövsüm İspaniya La Liqasında 25 oyun keçirib, 12 qol vurub və 1 məhsuldar ötürmə edib.

