“Bornmut”un hücumçusu Eli Junior Krupi “Real”ın maraq dairəsinə düşüb.
19 yaşlı futbolçu İngiltərə Premyer Liqasının top-klublarının da diqqət mərkəzindədir.
Ancaq yalnız yerli klublar deyil, Avropanın aparıcı komandaları da bu transfer yarışına qoşulub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” da fransalı futbolçunu izləyənlər sırasındadır.
“Bornmut” rəhbərliyi hücumçunun satışından təxminən 63-69 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Krupi cari mövsümdə İngiltərə çempionatında keçirdiyi 27 oyunda 10 qol vurub.

