Kosovolu bombardirlə yaxından maraqlanır - “Barselona”

18 Aprel 22:00 İspaniya 156
Kosovolu bombardirlə yaxından maraqlanır - “Barselona”

“Barselona” hücum xəttini gücləndirmək üçün “Malyorka”nın forvardı Vedat Muriqi ilə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu kataloniyalılar üçün əlverişli transfer variantı hesab olunur və klub onu etibarlı ehtiyat hücumçu kimi görür.

Boy üstünlüyü ilə seçilən Muriqi Hans-Diter Flikin rəhbərlik etdiyi komandaya hücumda əlavə seçimlər qazandıra bilər. Hazırda “Barselona”nın heyətində bu tip hücumçu yoxdur.

Kosovolu forvard cari mövsümdə La Liqa çərçivəsində 21 qol vuraraq, bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. O, bu yarışda lider olan Kilian Mbappedən (“Real”) iki qol az vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!