"Bəzən üstün olanda belə, uduzursan" - “Barselona”nın hücumçusu

18 Aprel 00:20 İspaniya 275
"Bəzən üstün olanda belə, uduzursan" - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Robert Levandovski komandasının Çempionlar Liqasındakı son məğlubiyyəti barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı forvard bunu söyləyib:

“Futbolda həmişə nəsə çatışmır. Potensialımızın olduğu aydındır.

Komandada qalib gəlmək istəyən çoxlu iddialı oyunçu var. Bəzən üstün olanda belə, uduzursan.

Futbol həmişə ədalətli olmur. Bu, ağrılıdır.

Biz qalib gəlmək istəyirdik, yarımfinala çıxmaq istəyirdik. Amma vəziyyət belədir”.

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya ümumi 2:3 hesabıyla məğlub olub. Kataloniya klubu 2015-ci ildən bəri Çempionlar Liqasını qazanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti