“Real” Modriçlə vidalaşmasına peşman olub?

00:10 İspaniya 70
“Real” Modriçlə vidalaşmasına peşman olub?

“Real” ötən yay sabiq yarımmüdafiəçisi Luka Modriçlə müqavilənin müddətini uzatmaqdan imtina etmişdi.

Xorvatiyalı futbolçu azad agent kimi “Milan”a yollanaraq, 40 yaşında uğurlu mövsüm keçirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunda hazırda bu qərara görə peşmanlıq hissi var.

Klub daxilində hesab olunur ki, komanda Modriçin həm liderlik, həm də oyun keyfiyyətlərini ciddi şəkildə itirib. Rəhbərlik onun gedişini səhv addım kimi qiymətləndirir.

İndi isə “kral klubu” oxşar vəziyyətin müdafiəçi Dani Karvahalla təkrarlanmasından narahatdır. 34 yaşlı futbolçunun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

O, artıq əsas heyətin dəyişməz üzvü olmasa da, komanda daxilində, xüsusilə də, paltardəyişmə otağında mühüm rol oynamaqda davam edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!
17 Aprel 08:20 "Səhvə yol verdiyim"