İtaliya klubunun transfer siyahısındadır - “Barselona”nın müdafiəçisi

19 May 00:10 İspaniya 266
İtaliya klubunun transfer siyahısındadır - “Barselona”nın müdafiəçisi

“Barselona”nın müdafiəçisi Ronald Arauxo yay transfer pəncərəsində Kataloniya klubunu tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” uruqvaylı futbolçu ilə maraqlanır.

Turin klubu yay transfer pəncərəsində müdafiəçini heyətinə qatmağı planlaşdırır. Potensial müqavilə 50 milyon avro dəyərində qiymətləndirilir.

Arauxo 2020-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2031-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!