
“Real” “Arsenal”ın müdafiəçisi Vilyam Salibaya maraq göstərsə də, yaxın vaxtlarda onun transferi ilə bağlı konkret addım atmağı planlaşdırmır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi Salibanın hazırda “Arsenal” üçün nə qədər vacib olduğunu anlayır və “topçular”ın onu 100 milyon avrodan aşağı qiymətə buraxmayacağını düşünür.
Fransalı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 50 oyunda meydana çıxıb və 2 qola imza atıb. Onun “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.