8 milyon avro verib, öz yetirməsini geri qaytarmaq istəyir

19 May 00:00 İspaniya 278
8 milyon avro verib, öz yetirməsini geri qaytarmaq istəyir

"Real" Niko Pası geri qaytarmağı düşünür

Sportinfo.az xəbər verir ki, Madrid klubunun yetirməsi olan Niko Pas ötən yay 6 milyon avroya "Komo"ya transfer olunub.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm A Seriyada 33 oyunda 6 qol vurub və 8 qol ötürməsi edib.

İspaniyanın AS nəşrinin məlumatına görə, "Real" rəhbərliyi futbolçunu geri qaytarmaq üçün 8 milyon avroluq geri alma bəndini aktivləşdirməyi ciddi şəkildə müzakirə edir.

Buna baxmayaraq, klub ilk növbədə cinah müdafiəçiləri və mərkəz müdafiəçisinin transferini həll etməyi prioritet sayır və bu səbəbdən Pasla bağlı qərarı təxirə salıb.

"Real" klubunun Pasın inkişafından çox razı olduğu qeyd olunur.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!