Ronaldo İspaniyada bu klubun ortaq sahibi olacaq?

18 May 2025 10:15 İspaniya 1 023
Ronaldo İspaniyada bu klubun ortaq sahibi olacaq?

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo İspaniyanın “Almeriya” klubunun ortaq sahibi ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata görə, Ronaldo əvvəllər “Almeriya”nı satın alan Səudiyyə Ərəbistanının “SMC Group” investisiya şirkətinin rəhbəri Məhəmməd Əl-Xereyci ilə yaxşı münasibətdədir.

40 yaşlı hücumçu “SMC Group”un səhmlərindən ala bilər və bununla da İspaniya klubunun sahiblərindən birinə çevrilə bilər.

“Almeriya” hazırda İspaniya Sequndasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM