
“Real” heyətini gücləndirmək məqsədilə orta xəttə yeni oyunçu axtarışındadır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandesi transfer etmək niyyətindədir.
Rodri ötən il “qızıl top” mükafatının qalib olub. İngiltərə təmsilçisi əsas oyunçularından biri olan Rodri ilə 130 milyon avro təklif olunacağı təqdirdə, yollarını ayıra bilər.
28 yaşlı yarımmüdafiəçinin “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Premyer Liqada cəmi iki oyunda iştirak edən ispaniyalı futbolçu dizindəki çarpaz bağların zədələnməsi səbəbindən mövsümün demək olar ki, hamısını buraxıb.
Bundan əlavə, “Real”ın hücum xəttini gücləndirmək üçün 150 milyon avroya yeni bir futbolçu transfer etməsi də gündəmdədir.