Premyer Liqadan müdafiəçi gətirdilər - Yeni transfer açıqlandı

17 May 21:40 İspaniya 108
Premyer Liqadan müdafiəçi gətirdilər - Yeni transfer açıqlandı

“Real” yeni futbolçu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Madrid təmsilçisi “Bornmut”un müdafiəçisi Din Heysenin transferi üçün razılığa gəldiyini açıqlayıb.

20 yaşlı futbolçu ilə müqavilə 30 iyun 2030-cu ilə qədərdir. Heysen bu il iyunun 1-də rəsmi olaraq “kral klubu”nun oyunçusu olacaq.

Futbolçu bu mövsüm “Bornmut”un heyətində bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti