Ronaldonun oğlunu izləmək göstərişi verdi – Tanınmış klub prezidenti

17 May 2025 18:40 İspaniya 831
Ronaldonun oğlunu izləmək göstərişi verdi – Tanınmış klub prezidenti

Kriştiano Ronaldonun 14 yaşlı oğlu Junior Ronaldo “Real”ın maraq dairəsindədir.

Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, madridlilərin prezidenti Florentino Peres klubun skautlarına yeniyetmə futbolçunun inkişafını yaxından izləmələri barədə göstəriş verib.

Ronaldonun oğlu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun gənclər komandasında çıxış edir.

Daha əvvəl isə “Mançester Yunayted”in də kiçik Ronaldoya maraq göstərdiyi bildirilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti