
“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun gələcəyi sürpriz şəkildə dəyişə bilər.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, hazırda “Aston Villa”da icarə əsasında çıxış edən ingiltərəli futbolçuya “Barselona” maraq göstərir.
Kataloniya klubunun əsas istedadlarından biri olan Lamin Yamal Reşfordun transferinə dəstək verib. 17 yaşlı vinger bildirib ki, onu “Barselona”nın hücum xəttində komanda yoldaşı kimi görmək istərdi.
Transfer ehtimalını artıran digər amil isə Reşfordun tanınmış futbol agenti Pini Zahavi ilə əməkdaşlığa başlamasıdır.
Zahavi “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin və polşalı hücumçu Robert Levandovskinin də nümayəndəsidir.