
“Atletik” 11 il sonra yenidən Çempionlar Liqasında mübarizə aparacaq.
Sportinfo.az verir ki, bu, La Liqanın 36-cı turunda “Xetafe” ilə matçda dəqiqləşib.
“Atletik” həmin görüşdə 2:0 hesabı ilə qalib gəlib. Bilbao təmsilçisi sona 2 tur qalmış xallarının sayını 67-yə yüksəldib və 4-cü pillədə qərarlaşıb.
Reqlamentə əsasən, La Liqada ilk 5 yeri tutan komandalar növbəti mövsüm birbaşa Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.
“Atletik” 2014/2015 mövsümündən sonra ilk dəfə Avropanın əsas turnirində çıxış edəcək.