
İspaniya La Liqasında 2024-2025-ci illər mövsümünün çempionu bəlli olub.
Sportinfo.az xəbər verir ki, 36-cı turda səfərdə “Espanyol”u məğlub edən (2:0) “Barselona” sona iki tur qalmış çempionluğu təmin edib.
Qolları Lamin Yamal və Fermin Lopez vurublar.
Beləliklə, Kataloniya klubu ikinci yerdə olan əzəli rəqibi “Real Madrid”i 7 xal qabaqlayaraq qızıl medallara sahib çıxıb.
Bu, “Barselona”nın 28-ci çempionluğudur. Komanda sonuncu dəfə 2022/2023 mövsümündə birinciliyi əldə etmişdi.