“Benfika”nın müdafiəçisini almaq istəyir - Paytaxt təmsilçisi

00:20 İspaniya 79
“Benfika”nın müdafiəçisini almaq istəyir - Paytaxt təmsilçisi

“Real” “Benfika”nın sol cinah müdafiəçisi Alvaro Karrerasın transferi üzərində işləyir.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun transfer məbləği 50 milyon avrodur, lakin Madrid klubu “Benfika” ilə bu məbləği azaltmaq üçün razılığa gəlməyə ümid edir.

“Real” son nəticədə Karrerasla müqaviləni başa çatdıra bilməsə, klub müdafiənin sol cinahını gücləndirmək üçün digər variantları nəzərdən keçirəcək.

Mümkün namizədlər arasında “Bornmut”un futbolçusu Miloş Kerkez və “Milan”ın oyunçusu Teo Hernandes var.

Eyni zamanda, onun keçmiş klubu “Mançester Yunayted” dekabrın 31-dək Karrerası 18 milyon avroya almaqda prioritet hüququnu özündə saxlayır. Lakin oyunçu özü İngiltərəyə qayıtmaq istəmədiyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 May 11:00 İş var, güc var!