
İspaniya La Liqasında 36-cı turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, “Real Madrid” doğma meydanda “Malyorka”nı qəbul edib.
Gərgin keçən oyunun ilk hissəsi qonaqların 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Lakin matç “kral klubu”nun xeyrinə bitib - 2:1.
Madrid təmsilçisi bu qələbə ilə xallarının sayını 78-ə yüksəldərək “Barselona” ilə xal fərqini 4-ə endirib.
“Malyorka” isə 47 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
"Real" - "Malyorka" 2:1
Qollar: Mbappe 68, Ramon 90+5 - Valient 11